Putin və Əhməd əl-Şaraa Rusiya hərbi bazalarının taleyini müzakirə edəcək Dünya

Putin və Əhməd əl-Şaraa Rusiya hərbi bazalarının taleyini müzakirə edəcək

Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Əhməd əl-Şaraa ilə görüşdə Rusiya hərbi bazalarının taleyini müzakirə edəcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, bu mövzunun prezidentlərin danışıqları zamanı qaldırılacağını söyləyib.

“Aydındır ki, bu, prezidentlə söhbət zamanı bu və ya digər şəkildə qaldırılacaq... Bəli, bunu gözləmək olar”, - Kremlin sözçüsü vurğulayıb.