İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
16 Oktyabr 2025 11:00
1 540
Madaqaskarda etirazçılar Fransa müstəmləkəçiliyinə qarşı aksiya keçirirlər.
APA “France24“ kanalına istinadən xəbər verir ki, aksiya iştirakçıları üzərində “Fransa çıxsın”, “Makron və Radzuelina çıxsın” şüarları yazılan plakatlar qaldırıblar.
Qeyd edək ki, Madaqaskar Prezidenti Andri Radzuelina ölkədə iqtisadi problemlər, qaz və su təchizatının çatışmadığı səbəbindən baş qaldıran etirazlardan sonra Fransaya məxsus hərbi təyyarə vasitəsilə ölkədən qaçıb.
Onun harada olduğu bilinmir.
Prezidentə qarşı parlament tərəfindən impiçment elan edildikdən sonra ölkədə hərbçilər hakimiyyəti ələ alıb.