23 Oktyabr 14:25
16 Oktyabr 2025 15:25
2 317
Suriyanın şərqindəki Deyr əz-Zor çölündə Suriya Müdafiə Nazirliyinin avtobusuna bombalı hücum edilib.
Xalqcebhesi.az xəbər verir ki, Suriya mediası hadisə nəticəsində 4 əsgərin öldüyünü, 9 əsgərin yaralandığını bildirib.
Bildirilib ki, hücum Deyr əz-Zor və əl-Mayedin şəhərlərini birləşdirən yola qoyulan bombanın avtobus keçərkən partladılması nəticəsində həyata keçirilib. Hücum zamanı neft obyektlərinin mühafizəsində vəzifə yerinə yetirən əsgərlərin evlərinə qayıtdığı bildirilib.
Hücuma görə məsuliyyəti hələ ki, heç kim üzərinə götürməyib.
Məryəm Quliyeva
23 Oktyabr 21:35
1 078
23 Oktyabr 18:56
1 183
23 Oktyabr 18:17
4 522