Aİ və Ermənistan arasında ilk sammit 2026-cı ildə İrəvanda keçiriləcək
Nazir: Təqdim edilən vergi yükü optimaldır, qeyri-neft sektorunun inkişafını dəstəkləyir
Tibbi sığorta ilə bağlı qeyri-formal məşğul şəxslərin necə müəyyənləşdiriləcəyi açıqlanıb
Kəlbəcər, Laçın, Daşkəsən və Gədəbəyə qar yağır - FAKTİKİ HAVA
“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerası gerçəkləşib
17 Oktyabr 15:11
1 862
Pakistanın şimal-qərbində, Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda toqquşmalarda 10 silahlı öldürülüb.
Xalqcebhesi.az xəbər verir ki, təhlükəsizlik rəsmilərinin məlumatına görə, kamikadze Şimali Vəziristan əyalətinin Mir Əli rayonunda təhlükəsizlik qüvvələrinin obyektinə hücum etməyə cəhd edib.
Səlahiyyətlilər bildiriblər ki, terrorçu-kamikadze maşınla ərazidəki təhlükəsizlik qüvvələrinin obyektinə hücum edib və 3 silahlı yaraqlı təhlükəsizlik qüvvələri ilə atışmada olub.
Səlahiyyətlilər qarşıdurma nəticəsində 3 yaraqlının zərərsizləşdirildiyini, bomba yüklü avtomobilin partlaması nəticəsində yaxınlıqdakı evlərə ziyan vurduğunu və avtomobili idarə edən silahlının öldürüldüyünü açıqlayıb.
Səlahiyyətlilər təhlükəsizlik qüvvələri arasında hər hansı itki olub-olmaması barədə məlumat açıqlamayıblar.
Bu arada, Geo News-un məlumatına görə, Şimali Vəziristanın Datta Khel bölgəsində təhlükəsizlik qüvvələrinin keçirdiyi başqa əməliyyatda 6 yaraqlı zərərsizləşdirilib.
Məryəm Quliyeva