17 Oktyabr 2025 15:23
2 338
Avropa sanksiyalarına Rusiya prezidenti və xarici işlər nazirinin Avropa İttifaqı (Aİ) ölkələrinə səfərinə qadağa daxil deyil.
Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Anita Hipper bildirib.
“Aİ-nin sanksiyalarına Rusiya prezidenti Vladimir Putinin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması qərarının verilməsi daxildir, lakin onların Aİ-yə səyahətinə qadağa daxil deyil”, - o deyib.
Eyni zamanda, AK nümayəndəsi Olof Gill bəyan edib ki, Rusiya liderinin təyyarəsinin Macarıstana gedərkən Aİ ölkələri üzərindən uçuşu üçün bu ölkələrin hökumətləri tərəfindən icazə verilməlidir.
Məryəm Quliyeva