Rubio Qəzza münaqişəsinin həllinin vaxtından əvvəl olduğuna inanır Dünya

Rubio Qəzza münaqişəsinin həllinin vaxtından əvvəl olduğuna inanır

ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Qəzza münaqişəsinin həlli və Amerika sülh planının icrası vaxtından əvvəldir. Eyni zamanda, nizamlanmanın gələcək uğuru üçün onun fikrincə, yaxın bir-iki həftə ərzində atəşkəs rejiminə əməl olunmasının təmin edilməsi çox vacibdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rubio İsrailə səfərindən əvvəl jurnalistlərə deyib.

"Xüsusilə də yaxın bir neçə həftə ərzində atəşkəsin saxlanması vacibdir. Hər gün təhdidlər olacaq, lakin mən hesab edirəm ki, biz həll baxımından qrafiki qabaqlayırıq. Həftə sonu bu atəşkəsin pozulması ilə məşğul olmağımız yaxşı əlamətdir. Lakin hər gün çətinliklər olacaq". Söhbətin stenoqramı ABŞ Dövlət Departamentinin saytında dərc olunub.

O, əlavə edib ki, Dövlət Departamenti regionun xüsusiyyətlərini dərk edən təcrübəli əməkdaşlarını ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanlığı ilə İsraildə açılmış və atəşkəs rejiminə nəzarətə cavabdeh olan Mülki-Hərbi Əməkdaşlıq Mərkəzində işləmək üçün göndərəcək.

Diplomatların həftənin sonuna qədər mərkəzdə daimi fəaliyyətə başlaması gözlənilir.

Rubio onu da qeyd edib ki, o, mərkəzə baş çəkməyi və mövcud vəziyyətlə bağlı ətraflı hesabat almağı planlaşdırır.

Məryəm Quliyeva