MAQATE: Zaporojye AES-in xarici enerji təchizatı bərpa edilib Dünya

MAQATE: Zaporojye AES-in xarici enerji təchizatı bərpa edilib

Rusiyanın “Dneprovskaya” elektrik ötürücü xəttində aparılan təmir işləri başa çatdıqdan sonra Zaporojye Atom Elektrik Stansiyasının xarici enerji təchizatı bərpa edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi məlumat verib.

MAQATE-nin mətbuat xidməti onun sözlərini sitat gətirib: “Zaporijye AES-in xarici enerji təchizatı bir ay davam edən fasilədən sonra bərpa edilib ki, bu da nüvə təhlükəsizliyinin təmin edilməsində kritik addımdır”. Qrossi stansiyanı Rusiya tərəfdən enerji ilə təmin edən 750 kilovoltluq Dneprovskaya elektrik xəttində təmirin başa çatdığını təsdiqləyib.

Məryəm Quliyeva