Tramp: İsrail İordan çayının qərb sahilini ilhaq edərsə, ABŞ-ın dəstəyini itirəcək Dünya

Tramp: İsrail İordan çayının qərb sahilini ilhaq edərsə, ABŞ-ın dəstəyini itirəcək

ABŞ yəhudi dövlətinə yardımı tamamilə kəsmək təhlükəsi altında İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə icazə verməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Time" jurnalına müsahibəsində bildirib.

Ondan mümkün ilhaqın nəticələri barədə soruşdular. "Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. Siz isə indi bunu edə bilməzsiniz. Biz ərəb ölkələrindən böyük dəstək almışıq. Bu, ərəb ölkələrinə söz verdiyim üçün baş verməyəcək. Bu baş verməyəcək. Bu baş verərsə, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək", - Amerika lideri vurğulayıb.

Oktyabrın 23-də Təl-Əvivdə ABŞ-ın vitse-prezidenti J.D.Vens İsrailin İordan çayının qərb sahilini ilhaq etmək səylərini “axmaq siyasi hiylə” adlandırıb.

Məryəm Quliyeva