Tramp: "Sülh Şurası"na 50-dən çox ölkə daxil olacaq
22 Yanvar 15:54
22 Yanvar 15:54
22 Yanvar 13:24
22 Yanvar 13:19
22 Yanvar 12:44
24 Oktyabr 2025 16:33
2 352
Rusiyanın Tu-95MS strateji bombardmançı təyyarələri Yapon dənizinin neytral suları üzərində planlı uçuş həyata keçirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Uzunmənzilli Aviasiyanın Tu-95MS strateji raketdaşıyıcıları Yapon dənizinin neytral suları üzərində hava məkanında planlı uçuş həyata keçirib. Uçuş müddəti 11 saatdan çox olub", - deyə idarədən bildirilib.
Qırıcı müşayiəti Rusiya Aerokosmik Qüvvələrinin Su-35S və Su-30SM təyyarələrinin ekipajları təmin edib. Uçuşun müəyyən mərhələlərində strateji bombardmançı təyyarələrə xarici ölkələrin qırıcı təyyarələri müşayiət edib.
Uzun mənzilli aviasiya heyətləri müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit okean, Qara və Baltik dənizlərinin neytral suları üzərində uçuşlar həyata keçirirlər. "Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri ilə bütün uçuşlar beynəlxalq hava məkanı qaydalarına ciddi riayət etməklə həyata keçirilir", - deyə departamentdən bildirilib.
Məryəm Quliyeva
22 Yanvar 22:02
1 162
22 Yanvar 22:01
1 015
22 Yanvar 20:59
1 141