İsrailin Livana hava zərbəsi endirib, dörd nəfər ölüb Dünya

İsrailin Livana hava zərbəsi endirib, dörd nəfər ölüb

İsrail keçən ilin noyabrında Hizbullahla razılaşdırılmış atəşkəsə baxmayaraq, Livanın cənubuna mütəmadi hücumlar həyata keçirib.

Bu barədə Aljazeera məlumat yayıb.

Məlumata görə, İsrailin hava zərbəsi Livanın cənubunda azı dörd nəfərin ölümü ilə nəticələnib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib və hücumun demək olar ki, bir ildir davam edən atəşkəsə əlavə təzyiq yaratdığı bildirilir.

Dövlətə məxsus Livan Xəbər Agentliyi hücumun “idarə olunan raketlə” həyata keçirildiyini bildirib.