“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
Türkiyədə təqaüdçü polis kafeyə silahlı hücum edib, 2 nəfər ölüb, 2 yaralı var
10:15
1 071
Amerikanın qüvvələrinin Karib hövzəsinin beynəlxalq sularında narkotik daşımaq üçün istifadə edilən qayığı məhv ediblər.
Bu barədə Pentaqonun rəhbəri Pit Hegset X sosial şəbəkəsində yazıb.
O bildirib ki, ABŞ hərbi qüvvələri həmin qayığa zərbə endirib. Hegsetin sözlərinə görə, həmin qayıqda ABŞ-ın terrorçu saydığı bir təşkilatın üzvləri tərəfindən narkotik daşınırmış.
Təşkilatın adı dəqiqləşdirilməyib. Pentaqon rəhbəri bildirib ki, “beynəlxalq sularda endirilən zərbə zamanı gəmidə narkoterroçular sırasından olan üç kişi olub”. Onlar həlak olublar.
Hegset Cənubi Amerikada fəaliyyət göstərən və ABŞ-a qanunsuz narkotik tədarükləri həyata keçirən narkokartelləri yenidən “Əl-Qaida” (Rusiya Federasiyasında qadağan edilib) terror təşkilatı ilə müqayisə edib. “Hərbi nazirlik onlara qarşı məhz Əl-Qaida ilə etdiyimiz kimi davranacaq. Biz onları izləməyə, tapmağa, onlarla ov etməyə və öldürməyə davam edəcəyik”, — o əlavə edib.
Son həftələrdə ABŞ qüvvələri narkotrafiklə mübarizə adı altında Karib hövzəsində artıq bir neçə qayığı məhv edib.