Avstraliyada eniş etdikdən sonra təyyarə alovlanıb Dünya

Avstraliyada eniş etdikdən sonra təyyarə alovlanıb

Virgin Australia şirkətinə məxsus təyyarə cümə axşamı Brisbendə eniş etdikdən qısa müddət sonra alovlanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Independent" qəzeti məlumat yayıb.

Jurnalistlərin bildirdiyinə görə, Darvindən uçan VA454 reysi yerli vaxtla axşam saat 19:00 radələrində Brisben hava limanına gəlib və əyləc sistemində baş verən yanğından sonra onu təcili yardım xidmətləri qarşılayıb.
Boeing 737-800-ün göyərtəsində baş verən yanğını söndürmək üçün bir neçə hava limanının yanğınsöndürmə briqadası göndərilib.
"Independent" qəzetinin məlumatına görə, 178 sərnişin və heyət üzvündən heç biri xəsarət almayıb.

Məryəm Quliyeva