Rusiya Dnepropetrovsk vilayətinə dron hücumu edib, ölən var Dünya

Rusiya Dnepropetrovsk vilayətinə dron hücumu edib, ölən var

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə pilotsuz uçuş aparatları (“Şahed” tipli dronlar) və artilleriya ilə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə “RBC-Ukraina” vilayət hərbi administrasiyasının rəhbəri Vladislav Qayvanenkoya istinadən məlumat yayıb.

Vilayət hərbi administrasiyasının rəhbərinin sözlərinə görə, zərbələr nəticəsində xeyli sayda yaşayış evləri dağıdılıb, bir nəfər həlak olub.

Rusiya ordusu həmçinin Pavloqrad şəhərinə də pilotsuz aparatlarla zərbələr endirib. Nəticədə iri miqyaslı yanğınlar baş verib.

Bundan başqa, Nikopol bölgəsində düşmən artilleriya və FPV-dronlardan istifadə edərək rayon mərkəzini və Pokrov icmasını atəşə tutub. Hücum nəticəsində bir neçə ev yanıb, hadisə yerində xilasedicilər işləyir.