Tayvanı Vuran "Funq-vonq" qasırğası: 8300 insan təxliyə edilib Dünya

Tayvanı Vuran "Funq-vonq" qasırğası: 8300 insan təxliyə edilib

Tayvana təsir edən "Funq-vonq" qasırğası səbəbindən daşqın və sürüşmə təhlükəsi olan ərazilərdə yaşayan 8300-dən çox insan təxliyə edilib.

Xalqcebhesi.az xəbər verir ki, Tayvan mediasının məlumatına görə, ölkənin şərq sahillərində leysan yağışlar və daşqınlara səbəb olan “Funq-vonq” qasırğası səbəbindən 8300-dən çox adam təxliyə edilib. Qasırğa nəticəsində 51 nəfərin xəsarət aldığı, Yilan və Hualien bölgələrinin ən çox zərər çəkdiyi bildirilir.

Təxliyə edilənlər üçün müvəqqəti sığınacaqlar yaradılıb, səlahiyyətlilər isə daşqın və sürüşmə riski yüksək olan ərazilərdə ehtiyatlı olmağa çağırıb.

Məryəm Quliyeva