15:14
665
İsrail prezidenti İsaak Hersoq ABŞ prezidenti Donald Trampdan İsrailin baş naziri Benyamin Netanyahunu əfv etmək məsələsinə baxmağı xahiş edən məktub alıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Kan telekanalı məlumat yayıb.
Qeyd olunur ki, hersoq noyabrın 12-də Trampın imzaladığı məktubu alıb.
Təfərrüatlar verilmir.
Əgər Netanyahu məhkəməyə verilərsə, bu, İsrail tarixində baş nazirin mühakimə olunduğu ilk hal olacaq.
Məryəm Quliyeva