Zelenski: Rusiyanın Kiyevə hücumunda Azərbaycan səfirliyinin binasına “İskəndər”in qəlpələri düşüb Dünya

Zelenski: Rusiyanın Kiyevə hücumunda Azərbaycan səfirliyinin binasına “İskəndər”in qəlpələri düşüb

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”, - Zelenski qeyd edib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 4 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.