11:35
889
ABŞ prezidenti Donald Trampın administrasiyası sələfi Co Bayden dövründə Alyaskada neft və qaz hasilatına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını təsdiqləyib.
Xalqcebhesi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın daxili işlər naziri Duqlas Berqam bildirib.
Berqama görə, bu qərar Alyaskanın enerji potensialını açacaq, onun şimal hissəsinin sakinləri üçün iş yerləri yaradacaq və ölkənin yanacaq təhlükəsizliyini gücləndirəcək.
Məryəm Quliyeva