İndoneziyada yol qəzasında 5 çinli turist ölüb Dünya

İndoneziyada yol qəzasında 5 çinli turist ölüb

İndoneziyanın Bali adasında çinli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

APA “Reuters“ə istinadən xəbər verir ki, nəticədə 5 turist ölüb, 8 nəfər yüngül xəsarətlər alıb.

Avtobusda 13 nəfər olub.

Məlumata görə, turistləri daşıyan avtobus Denpasar şəhərindən Bali adasından şimaldakı Bulelenqə səfər etmək üçün yola düşüblər.

Qəzanın baş vermə şəraiti ilə bağlı detallar hələlik məlum deyil.