12:17
637
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yaxın zamanlarda Gürcüstana səfər edəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, il ərzində Ermənistanla Gürcüstan arasında yüksək səviyyəli görüşlər baş tutub.
“Ötən ay Ermənistanın Baş naziri İpək Yolu Forumunda iştirak etmək üçün Tbilisiyə baş çəkib. Tezliklə Ermənistan Prezidenti Gürcüstana səfər edəcək”, - Mirzoyan əlavə edib.