12:45
658
Hollandiyanın şimalındakı Qroningen əyalətində 3,4 bal gücündə zəlzələ baş verib.
Xalqcebhesi.az xəbər verir ki, "NOS" televiziyasının Kral Meteorologiya İnstitutuna (KNMI) istinadən verdiyi məlumata görə, bu, ölkə tarixində ən güclü zəlzələlərdən biri olub.
KNMİ-nin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla 01:16-da qeydə alınıb. Zəlzələnin episentri Zeereip kəndi yaxınlığında, ocağı isə təxminən 3 km dərinlikdə yerləşib. 2,0 bal gücündə zəlzələ səhər saat 6:39 radələrində qeydə alınıb.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Məryəm Quliyeva