“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
17 Noyabr 2025 10:29
1 218
Hindistanın neft və qaz şirkətləri Indian Oil Corporation, Bharat Petroleum və Hindustan Petroleum ABŞ ilə ildə 2 milyon tondan çox mayeləşdirilmiş təbii qaz (LNG) almaq üçün bir illik müqavilə imzalayıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Cənubi Asiya respublikasının Neft və Təbii Qaz naziri Hardip Sinqh Puri məlumat verib.
"Dünyanın ən böyük və sürətlə böyüyən mayeləşdirilmiş təbii qaz bazarlarından biri Birləşmiş Ştatlar üçün açılır. Hindistan neft şirkətləri hər il təxminən 2,2 milyon ton mayeləşdirilmiş təbii qaz tədarükü üçün bir illik müqavilə imzaladılar ki, bu da 2026-cı il müqavilə ili üçün illik idxalımızın təxminən 10%-ni təşkil edir".
O qeyd edib ki, bu, Amerika LNG-nin Hindistan bazarına tədarükü üzrə ilk müqavilədir və bunu tarixi adlandırıb. Hindistan Neft Nazirliyinin rəhbərinin vurğuladığı kimi, Yeni Dehli “Hindistan xalqını etibarlı və münasib qiymətə maye qaz təchizatı ilə təmin etməyə sadiqdir və öz mənbələrini diversifikasiya edir”.
Purinin sözlərinə görə, sövdələşmədən əvvəl bir neçə aylıq danışıqlar aparılıb. Hindistanın neft şirkətlərindən ibarət nümayəndə heyəti ABŞ-a səfər edib və Amerikanın aparıcı istehsalçıları ilə məsləhətləşmələr aparıb.
Məryəm Quliyeva
30 Dekabr 2025 18:03
2 107
30 Dekabr 2025 17:54
2 058
30 Dekabr 2025 16:38
2 156