09:55
700
Norveç Elm və Texnologiya Universitetinin (NTNU) mübadilə tələbələrini daşıyan avtobus İsveçdə qəzaya uğrayıb.
Xalqcebhesi.az xəbər verir ki, hadisə noyabrın 22-də Västerbotten bölgəsində baş verib. Avtobus naməlum səbəblərdən Vilhelmina icması yaxınlığında magistral yolda aşıb.
Nəqliyyat vasitəsində 57 sərnişin olub, onların demək olar ki, hamısı xarici tələbələrdir. Əksəriyyəti Almaniya vətəndaşıdır, lakin dəqiq sayı məlum deyil.
Regionun yerli hakimiyyət orqanları agentliyə bildiriblər ki, zərərçəkənlərin əksəriyyəti 23 noyabrda xəstəxanalardan buraxılıb.
Agentlik yazır ki, səkkiz nəfər “orta və ağır xəsarətlərlə” xəstəxanalarda qalır. Məlum olub ki, iki zərərçəkən vertolyotla hadisə yerindən təxliyə edilib. Bununla belə, yerli hakimiyyət orqanları qurbanların həyatı üçün heç bir təhlükə olmadığını bildiriblər.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil, lakin agentlik qeyd edir ki, hadisə baş verən gün bölgədə güclü qar yağıb.
Tələbələr Finlandiyanın Laplandiya bölgəsinə ekskursiyaya gedirmişlər. 23 noyabrda 34 tələbə NTNU-nun yerləşdiyi Trondheim şəhərinə geri dönüb.
Məryəm Quliyeva