12:14
693
Son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları miqrasiya qanunlarını pozaraq ölkədə yaşayan 32 əcnəbini deportasiya edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Gürcüstandan Hindistan, İran, Kamerun, Çin, Nigeriya, Pakistan, Rusiya və Türkiyə vətəndaşları deportasiya edilib. Onların ölkəyə girişinə qadağa qoyulub.
Noyabrın əvvəlində Gürcüstan Daxili İşlər Nazirliyi oktyabrda ölkədən 121 qeyri-qanuni immiqrantın deportasiya edildiyi barədə məlumat yayıb.
Məryəm Quliyeva