25 Noyabr 14:38
25 Noyabr 14:23
25 Noyabr 13:19
11:36
217
Məhkəmə ekspertləri dünən Qəzza zolağından İsrailə qaytarılan daha bir girovun qalıqlarının tanınmasını başa çatdırıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Bəyanatda deyilir: "Milli Məhkəmə Ekspertizası Mərkəzində şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələrinin nümayəndələri Dror Orun ailəsinə onun cəsədinin İsrailə qaytarıldığını və şəxsiyyətin müəyyənləşdirilməsi prosesi başa çatdığını bildiriblər. Baş nazirin ofisi qeyd edib ki, "HƏMAS terror təşkilatı vasitəçilər qarşısında öhdəliklərini yerinə yetirməli və razılaşmanın bir hissəsi olaraq qaçırılan şəxsləri geri qaytarmalıdır". İsrailin "bu məsələdə güzəştə getməyəcəyi" əlavə edilib.
İsrail ordusu çərşənbə axşamı Qəzza zolağında girov qalıqlarının olduğu daha bir tabut alıb. Köçürmə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Məryəm Quliyeva