09:57
504
Pakistanın şimal-qərb bölgəsində təhlükəsizlik qüvvələrinə məxsus posta silahlı hücum olub.
APA “Reuters“ə istinadən xəbər verir ki, Kurram bölgəsində silahlı şəxslərin polis postuna hücumunda 6 əsgər həlak olub.
Sözügedən ərazinin Əfqanıstan sərhədinə yaxın olduğu bildirilir.
Qeyd edək ki, hələlik hücumla bağlı məsuliyyəti heç kim öz üzərinə götürməsə də, bu cür hadisələrdə Pakistan adətən Talibanın Əfqanıstan qolu olan “Təhrike Taliban” qruplaşmasını günahlandırır.