10:14
588
Kamboca qüvvələri ilə toqquşmalarda yaralanan Tailand əsgərlərinin sayı 8-dən 29-a yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə brifinqdə Tailand Silahlı Qüvvələrinin sözçüsü Surasan Xonqsiri məlumat verib.
“Toqquşmalar zamanı bir Tailand əsgəri ölüb, 29-u yaralanıb.
Tailand Kral Ordusu dekabrın 8-də bildirib ki, Kamboca qüvvələri yerli vaxtla səhər saat 5:00-da sərhəd bölgəsindəki Tailand mövqelərini atəşə tutmağa başlayıb. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kambocanın hərbi infrastrukturuna zərbələr endirib. Tayland Ordusunun İkinci Bölgəsi də Kambocanın bazar ertəsi və çərşənbə axşamı günləri BM-21 sistemləri və intiharçı dronlarla Tayland ərazisini atəşə tutduğunu bildirib. Tailand qüvvələri əsas ərazilərə nəzarəti ələ keçirmək və düşmənə itki vermək üçün cavab atəşi açıblar.
Məryəm Quliyeva