11:05
497
Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının Rusiyanın Çeboksarı şəhərinə hücumu nəticəsində 9 nəfər yaralanıb, bir neçə yaşayış binası zədələnib.
APA TASS-a istinandən xəbər verir ki, bu barədə Çuvaşiya höküməti nümayəndələri məlumat yayıb.
Çuvaşiya Baş nazirinin müavini Vladimir Stepanovun sözlərinə görə, hücum zamanı bir uşaq xəsarət alıb, yaşayış binalarına əhəmiyyətli ziyan dəyib.
Qeyd edilib ki, hücumun nəticələrinə görə, Çeboksarı şəhərinin bir sıra əsas magistral yollarında müvəqqəti hərəkət məhdudiyyətləri tətbiq olunub.
11:57
231
11:49
308
11:24
469