“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
Elnur Soltanov: Məqsədimiz Azərbaycanın enerji potensialını Avropa bazarlarına birləşdirməkdir
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Mühafizə olunan duracaqlar üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub
11 Dekabr 2025 11:13
1 743
Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) Mars orbitində MAVEN kosmik gəmisi ilə əlaqəni itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə qurum mətbuata açıqlamasında bildirib.
"Dekabrın 6-da NASA-nın Marsın orbitində hərəkət edən MAVEN kosmik gəmisi Yerdəki yer stansiyaları ilə əlaqəni itirdi. MAVEN-dən alınan telemetriya məlumatları onun alt sistemlərinin Qırmızı Planetin arxasında yoxa çıxmazdan əvvəl normal işlədiyini göstərdi. Kosmik gəmi planetin orbitini dövrə vurduqdan sonra NASA Dərin Kosmos Şəbəkəsi heç bir siqnal aşkar etməyib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, MAVEN operatorları problemi öyrənir və həlli yollarını axtarır.
MAVEN kosmik gəmisi 2013-cü ilin noyabrında orbitə buraxılıb və 2014-cü ilin sentyabrında Mars orbitinə daxil olub. Missiyanın məqsədi planetin üst atmosferini, ionosferini, Günəş və günəş küləyi ilə qarşılıqlı əlaqəni araşdırmaqdır.
Məryəm Quliyeva