Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
15 Dekabr 2025 12:00
1 421
Rabatdan 330 km cənubda Atlantik okeanı sahilində yerləşən Mərakeşin Safi əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Maghreb Arabe Presse" (MAP) agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, daşqın əyalətin paytaxtı Safi şəhərinə böyük ziyan vurub. Orada ən azı 70 yaşayış binası və mağaza su altında qalıb, yolun bir hissəsi zədələnib.
"HebdoMaroc" jurnalının qeyd etdiyi kimi, daşqınlar nəticəsində 32 nəfər xəsarət alıb, onların çoxu artıq xəstəxanalardan buraxılıb. Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirir və yerli sakinlərə yardım göstərir.
Daha əvvəl "TanjaNews" portalı 14 nəfərin öldüyü barədə məlumat vermişdi.
Məryəm Quliyeva