10:08
833
Məlum olduğu kimi, ABŞ Prezident administrasiyası son vaxtlar Belarus lideri Lukaşenkoya müəyyən qədər yaxınlaşmağa başlayıb. Son iki ayda amerikalılar Belarusun “Belavia” aviaşirkətinə, indi isə “Belaruskali”yə qarşı sanksiyaları ləğv edib, həmçinin Lukaşenkoya qol düymələri və Trampın açıqcasını hədiyyə ediblər.
Bunu xalqcebhesi.az-a Intermarium İnstitutunun direktoru, politoloq Valentin Qayday deyib.
"Əvəzində Lukaşenko bir neçə yüz siyasi məhbusu və ümumilikdə girovları, o cümlədən Belarus müxalifətinin liderləri: Tixanovski, Babariko, Kolesnikova və başqalarını azad etdi.
Belarus müxalifətinə şübhə ilə yanaşırdım, çünki o, təşkilatlanmamış və Lukaşenkonu devirmək iqtidarında deyildi və bu azad edilmiş müxalifətçilər bizim və ya Avropa üçün beşinci təkər kimi idi, amma burada fərqlidir".
Onun fikrincə, Amerika taktikasının özü, prinsipcə, düzgündür: Lukaşenko ilə dialoq və bir sıra Belarus müəssisələrinə qarşı sanksiyaların götürülməsi yolu ilə onun Rusiyadan asılılığını azaltmağa cəhd etmək olar:
"Amma nəzərə alsaq ki, Lukaşenko hiyləgər qoca tülküdür, onun Trampla oynaya biləcəyi istisna deyil və o, məsuliyyətdən yayınsa, ayıb olar, çünki o, asılmağa layiqdir.
Əgər kimsə düşünürsə ki, Belarusa qarşı sanksiyaların yumşaldılması Rusiyaya hansısa şəkildə əhəmiyyətli dərəcədə kömək edəcək, yanılırlar. Rusiya gübrə zavodları ya heç sanksiyaya məruz qalmır, ya da minimal sanksiyalar altındadır. Belarus isə 2022-ci ildən əvvəl olmasa da, bütün bu müddət ərzində Rusiya ilə Qərb arasında ticarətdə vasitəçi olub".
Cavid