15:09
1 106
Britaniyalı yayımçı BBC, yayımçını qəsdən onun çıxışını təhrif etməkdə ittiham edən ABŞ prezidenti Donald Trampa qarşı məhkəmədə mövqeyini müdafiə edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BBC"nin rəsmi nümayəndəsinin açıqlamasında bildirilib.
"Əvvəllər də açıq şəkildə bildirdiyimiz kimi, bu işdə özümüzü müdafiə edəcəyik. Davam edən məhkəmə prosesləri ilə bağlı əlavə şərh vermək niyyətində deyilik", - deyə açıqlamada bildirilir.
Məryəm Quliyeva