Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
Prezident: İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır
16:44
966
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən İsraili Qəzza zolağına humanitar yardım çatdırılmasına mane olmaqda ittiham edib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Ankarada hakim Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı bildirib.
"Razılaşmalara əsasən, Qəzzaya hər gün humanitar yardım daşıyan 600 yük maşınının gəlməsi nəzərdə tutulur. Lakin İsrail hətta bu məsələdə də öz öhdəliklərini yerinə yetirmir, saxta bəhanələrlə humanitar yardımın çatdırılmasına daim maneələr və çətinliklər yaradır", - deyib.
Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə "İsrailin hərəkətlərinə baxmayaraq, Qəzzanın günahsız xalqını dəstəkləməyə çalışır". "Soyuq havaların başlaması və yağışın başlaması ilə Qəzza xalqının üzərinə düşən yük artıb. Ötən həftə 1300 ton humanitar yardım daşıyan 19-cu gəmimiz Misirin Əl-Əriş limanına çatıb. Son iki ildə Qəzzaya göndərdiyimiz yardımın miqdarı 105.000 tona yaxınlaşıb", - deyə o bildirib.
Məryəm Quliyeva