Moskvada 250-yə yaxın təyyarənin uçuşu hava şəraiti səbəbindən gecikib Dünya

Moskvada 250-yə yaxın təyyarənin uçuşu hava şəraiti səbəbindən gecikib

Moskvada güclü qar yağışı səbəbindən təxminən 250 reysin uçuşu vaxtında həyata keçirilməyib.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə qarın yağması əlaqədar uçuş-enmə zolaqlarının təmizlənməsi və təyyarələrə buzlanmaya qarşı emalın aparılması reyslərin ardıcıl şəkildə təxirə salınmasına səbəb olub.

Paytaxtda “sarı” təhlükə səviyyəsi elan edilib.

Rəsmi proqnozlara əsasən, Moskva şəhərində güclü qarın yağmasının ən azı daha üç gün davam edəcəyi gözlənilir.