"Tərəflər bir-birinə hücum etmək istəyir" Dünya

"Tərəflər bir-birinə hücum etmək istəyir"

Avropa və Rusiyanın qarşılıqlı olaraq bir-birilərinə hücum edəcəkləri ilə əlaqəli bəyanatları, əslində bir-birilərini bu hücum fikrindən çəkindirmək məqsədi daşıyır. Nə Avropa, nə də Rusiya bir-birinə hücum edəsidir. Məqsəd sadəcə bir-birinə hədə yolu ilə güc göstərmək, Ukrayna məsələsində öz mövqelərini gücləndirməkdir.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

Onun sözlərinə görə, Ukrayna müharibəsində bataqlığa düşmüş Rusiyanın Avropaya hansı güclə hücum edə biləcəyi maraq doğurmaqla yanşı Avropanın da Rusiya qorxusundan Ukraynaya ciddi silah dəstəyi verməməsi də Avropanın necə Rusiyaya hücum edə bilər sualını ortaya qoyur. Rusiya və əksəri NATO üzvü olan Avropa ölkələrinin nə məqsədlə bir-birinə hücum edə bilər sualı əslində maraqlıdır:

"Danışıqlardan belə çıxır ki, bunun üçün heç bir əsas yoxdur, amma tərəflər bir-birinə hücum etmək istəyir. Görünən odur ki, tərəflər bu ritorika ilə əslində Ukraynada düşdükləri çətin vəziyyətdən çıxmağa çalışırlar. Tərəflər guya Avropada müharibə qorxusu ilə Ukraynadakı müharibənin bu müharibəni tətiklədiyini bəhanə edib müharibəni bitirmək istəyirlər. Qarşılıqlı hücum və zərbələr qorxusu ilə də Ukrayna müharibəsini dayandırmaq cəhdidir. Bu, bir növ Ukraynaya təzyiqdir.

Məsələ ondadır ki, Avropa açıq şəkildə Ukraynanı Rusiyanın şərtləri ilə müharibəyə son qoymağa sövq edə bilmir, Trampdan fərqli olaraq. Müharibənin dayanması da Ukraynadan asılıdır. Amma müharibənin Avropa-Rusiya müharibəsinə çevrilməsi Ukraynanın əlinə oynayar. Rusiyanın başı daha çox qarışar. Ona görə də daha çox Avropa Rusiyanın ona hücum edəcəyindən danışır, bununla Avropa hökumətləri avropalıları qorxudur ki, Ukraynanın təslimçi sülhə məcbur edilməsinə görə Avropa hökumətlərini ciddi şəkildə buna qarşı gəlmədiklərinə görə günahlandırmasınlar.

Yəni ciddi dəstək versək, Rusiya ilə müharibə olacaq. Putin də bunu bildiyi üçün ara-sıra Avropa sərhədlərini dronlarla pozmaqla Avropa hökumətlərinin əlini gücləndirir. Görünən odur ki, Ukraynanın qətiyyətli duruşu Rusiya və Ukrayna üçün ciddi başağrısı olmağa davam edəcək".

Cavid