13:25
791
"Təəssüflər olsun ki, qardaş Türkiyə az qala terrorsuz yaşaya bilməyən ölkə kimi tanınmaqdadır. Daxili və xarici xainlər bu cümhuriyyətin faktiki güclənməsini, dünyada söz sahiblərindən birinə çevrilməsini həzm edə bilmirlər. Onun üçün də bu cür çirkin oyunlara əl atırlar”.
Bunu xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı deyib.
C.Abbaslı əlavə edib ki, amma bunların heç bir faydası olmayacaq: “Çünki Türkiyədə artıq terrora qarşı bir immunitet formalaşıb. Türk xalqı da artıq daxilindəki bu təhlükələrin hər an yaşana biləcəyini göz altına alıblar. Onun üçün də şəhidlər verəndə bunu qürurla qarşılayırlar. Hesab edirəm ki, terror aktları artıq əvvəlki illər kimi də deyil. Türkiyə artıq terrorçuların son yuvalarını qazımaqdadır”.
Siyasi şərhçi bildirib ki, xüsusilə, Suriyada hakimiyyət dəyişikliyinə nail olandan sonra terror hadisələri olduqca azalıb: “Lakin bundan sonra hələ bir müddət belə faciələrin şahidi olacağıq. Doğrudur, kürd terrorçuları demək olar ki, zərərsizləşdirilmək üzrədir. Amma tam da deyil. Öncəliklə onlar tamamilə sıradan çıxarılmalıdır. Öcəlan və Dəmirtaşla son aylarda yaxın təmasların qurulması olduqca müsbət haldır. Amma görünən odur ki, bu da tam olaraq yetmir. İŞİD təhlükəsi daim var və qalmaqda da davam edəcək. Qardaş ölkə inkişaf yoluna qədəm qoyub və bu proses uğurla davam edəcək. Sadəcə bu cür əngəllər olub və bundan sonra da olacaq. Allah həyatını itirən şəhidlərə rəhmət eləsin”.
Röya İsrafilova