“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
9 Yanvar 17:02
1 162
“Avropa iki ildən artıq davam edən Ukrayna müharibəsinin ən ağır yükünü daşıyan tərəfə çevrildiyini artıq açıq şəkildə qəbul edir. Münaqişə başlayanda həmrəy görünən Avropa indi enerji böhranı, sənaye geriləməsi, yüksək inflyasiya və sosial narazılıqlar kimi real problemlərlə üz-üzədir”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
O qeyd edib ki, ucuz Rusiya qazının dayanması qitənin sənaye sütunlarını sarsıtdı, böyük şirkətlərin ABŞ-yə köçməsi isə Avropanın rəqabət gücünü zəiflətdi: “Bu vəziyyət Qərb və Şərqi Avropa arasında mövqelərin fərqlənməsinə, siyasi parçalanmanın dərinləşməsinə gətirib çıxarıb. Fransa və İtaliyanın son açıqlamaları Avropanın artıq daha praqmatik xəttə qayıtdığını və müharibənin uzanmasının qitənin özünü tükətdiyini etiraf etdiyini göstərir”.
A.Nəsirovun bildirdiyinə görə, eyni zamanda, ABŞ-nin yeni diplomatik oyun qurması, Trampın təhlükəsizlik zəmanətləri ilə bağlı planı və Ukraynanın strateji resurslarının amerikalı oliqarxlara yönləndirilməsi Avropanın proseslərdən kənarlaşdırıldığı hissini gücləndirir: “Rusiya isə “Oresnik” kimi raketlərlə hücumları artırır və müharibəni NATO sərhədlərinə yaxınlaşdırır. Bu reallıqlar Avropaya göstərir ki, uzunmüddətli eskalasiya nə təhlükəsizlik, nə iqtisadiyyat, nə də sosial sabitlik baxımından davamlıdır. Məhz buna görə Avropa paytaxtları getdikcə daha çox “dialoq və siyasi həll” xəttinə yönəlir — çünki davam edən müharibənin ən böyük itirəni artıq Ukrayna yox, məhz Avropanın özüdür”.
Röya İsrafilova
9 Yanvar 22:52
1 036
9 Yanvar 21:55
931
9 Yanvar 21:24
1 001