Tramp NATO-ya inanmır: Biz onlara daha çox lazımıq, nəinki onlar bizə Dünya

Tramp NATO-ya inanmır: Biz onlara daha çox lazımıq, nəinki onlar bizə

ABŞ Prezidenti Donald Tramp NATO-ya müsbət yanaşsa da, zərurət yaranacağı halda alyansın ABŞ-ın yanında olub-olmayacağına tam əmin olmadığını bildirib.

Tramp bunu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ NATO üçün böyük maliyyə xərcləri çəkir, lakin alyans üzvlərinin eyni səviyyədə Vaşinqtona dəstək verib-verməyəcəyi sual altındadır.

Tramp vurğulayıb ki, NATO-ya ehtiyac yaranacağı təqdirdə, alyansın ABŞ-ın yanında olub-olmayacağına dair tam əminlik yoxdur.

ABŞ Prezidenti NATO ilə bağlı mümkün nəticələrə də toxunub. O qeyd edib ki, bu vəziyyət alyansa təsir edərsə, qoy etsin: “Biz onlara daha çox lazımıq, nəinki onlar bizə”.