11:45
567
ABŞ Nümayəndələr Palatasında Tramp administrasiyasının Qrenlandiyanı əldə etmək və ya ada üzərində zorla nəzarət yaratmaq cəhdlərinin qarşısını almaq üçün qanun layihəsi təqdim edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə təşəbbüsün mətnini dərc edən "Axios" portalı məlumat verib.
Kaliforniyalı Demokrat Cimmi Qomez tərəfindən hazırlanan Qrenlandiya Suverenlik Qanunu, "ABŞ və ya Federal Hökumətin hər hansı agenti və ya aləti tərəfindən Qrenlandiyanın işğalını, ilhaqını, satın alınmasını və ya hər hansı digər şəkildə əldə edilməsini dəstəkləyən, istiqamətləndirən və ya təşviq edən hər hansı bir fəaliyyət" üçün dövlət vəsaitlərinin istifadəsini qadağan edir. Təşəbbüs həmçinin Qrenlandiyada yerləşdirilən Amerika qoşunlarının sayının azaldılmasını və yerli əhalini Amerika hakimiyyəti tərəfindən adanın ələ keçirilməsini dəstəkləməyə inandırmaq üçün ictimai kampaniyalar aparmağı hədəfləyir.
Məryəm Quliyeva