Hindistan əlavə ABŞ tarifləri səbəbindən İranla ticarəti azaltmağa hazırlaşır Dünya

Hindistan əlavə ABŞ tarifləri səbəbindən İranla ticarəti azaltmağa hazırlaşır

ABŞ-ın Tehranla iş görən ölkələrə əlavə 25% tarif tətbiq etməsindən sonra Hindistan İranla ticarəti azaltmağa hazırlaşır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hökumət mənbələrinə istinadən "The Hindu" qəzeti məlumat yayıb.

Onların sözlərinə görə, Nyu-Dehli cari maliyyə ilinin sonuna qədər, yəni 31 martda başa çatana qədər İranla ticarət əlaqələrinin həcmini azaldacaq. Mənbələr bu addımın əsas səbəbi kimi "xarici iqtisadi amilləri" göstəriblər.

Bundan əlavə, "The Hindu" qəzetinin xatırlatdığı kimi, Vaşinqtonun Tehrana təzyiqi İran xarici işlər naziri Abbas Əraqçinin yanvar ayına planlaşdırılan Yeni Dehliyə səfərini şübhə altına alıb.

Məryəm Quliyeva