“Moskva dolayı təsir alətlərini gücləndirir” Dünya

“Moskva dolayı təsir alətlərini gücləndirir”

“Rusiyanın “xüsusi hərbi əməliyyat” dövründə müdafiə sənayesini faktiki olaraq müharibə iqtisadiyyatı rejiminə keçirməsi bir neçə səviyyədə təsir yaradır: Post-Sovet məkanı və yaxın ətrafı və Şərqi Avropa və Qara dəniz hövzəsi. Rusiya kütləvi istehsal olunan PUA-lar, raketlər, EW (elektron müharibə) vasitələri ilə NATO-nun şərq cinahında təzyiqi artırır. Bu, birbaşa üstünlükdən çox, qarşı tərəfi daha çox resurs xərcləməyə məcbur edən aşındırıcı balans yaradır”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı deyib.

A.Şuşalının sözlərinə görə, Moskva burada artıq əvvəlki kimi “yeganə təhlükəsizlik təminatçısı” deyil, lakin silah ixracı, texniki modernizasiya, kosmik və kəşfiyyat imkanları vasitəsilə dolayı təsir alətlərini gücləndirir: “Qlobal silah bazarı 70 milyard dollarlıq ixrac Rusiyanın, Qərb silahlarına çıxışı olmayan ölkələr üçün ucuz və döyüşdə sınaqdan çıxmış texnika təklif edən alternativ mərkəz rolunu gücləndirdiyini göstərir. Afrika, Yaxın Şərq, Asiya ölkələri üçün bu, siyasi şərtsiz silah deməkdir. Bu da balansı Qərb əleyhinə dəyişən faktordur. 1000-dən çox texnikanın real döyüşdə sınaqdan keçirilməsi R&D dövrünü qısaldır. Nəticədə, bu proses regionda klassik üstünlük balansından çox, təzyiq və aşındırma balansı yaradır. Rusiya rəqiblərini daha baha müdafiə xərclərinə sürükləyir”.

Röya İsrafilova