“Qaz ixracı və yaşıl enerji artırılır”
3 Mart 21:15
3 Mart 21:15
3 Mart 21:14
3 Mart 19:19
15 Yanvar 17:33
1 862
Suriya keçid hökumətinin qoşunları Hələb şəhərinin şərqindəki kürd mövqelərinə artilleriya atəşi açıb.
Xalqcebhesi.az "Əl-Cəzirə" televiziya kanalına istinadən xəbər verir ki, hücum nəticəsində Meskene şəhəri yaxınlığındakı bir fabrikdə yerləşən Suriya Demokratik Qüvvələri (SDF) koalisiyasının əməliyyat qərargahı dağıdılıb.
Bundan əvvəl üç dron Fərat çayındakı Tişrin bəndinin yaxınlığındakı SDF postuna zərbə endirib. Kürd döyüşçüləri arasında itkilər barədə məlumat yoxdur.
Səhər kürdlər Suriya ordusu ilə təmas xətti boyunca nəzarətləri altında olan ərazilərə gedən bütün giriş yollarını bağlayıblar. Fərat çayının qərb sahilindəki Deyr Hafer ərazisində mülki əhalinin qaçmasına imkan vermək üçün hakimiyyət orqanları tərəfindən yaradılan humanitar dəhlizlər bağlanıb.
Məryəm Quliyeva
3 Mart 21:48
1 015
3 Mart 21:47
1 183
3 Mart 21:21
1 260