16:49
952
“ABŞ Mərkəzi Komandanlığına növbəti 24 saat ərzində hazırlıq vəziyyətinə keçmək barədə əmr verilməsi və “Abraham Lincoln” təyyarədaşıyan gəmisinin Yaxın Şərqə göndərilməsi ABŞ–İran münasibətlərində təhlükəli mərhələnin davam etdiyini göstərir”.
Bunu Milli Məclisin deputatı Azər Badamov Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Vaşinqton və Tehran arasında münasibətlər son dərəcə gərgindir.
Deputat qeyd edib ki, İranda təxminən üç həftə davam edən etiraz aksiyalarına ABŞ tərəfindən qızışdırıcı dəstək verilib və hətta hərbi müdaxilə ehtimalı da gündəmə gətirilib: “Lakin buna baxmayaraq, hərbi müdaxilə baş vermədi və etirazlar yatırıldı.İranda ictimai-siyasi vəziyyətin sakitləşməsi ABŞ-ın maraqlarına uyğun deyil. Çünki ABŞ İranda Ayatullah rejiminin dəyişdirilməsində maraqlıdır. Etirazlar yatırıldıqdan sonra İranın Ali Dini Liderinin ABŞ-a qarşı sərt bəyanatlarla çıxış etməsi Vaşinqtonun hərbi müdaxilədən çəkinməsi kimi görüntü yaratdı”.
Deputat bildirib ki, ABŞ nüfuz məsələsi baxımından hərbi hazırlıq nümayiş etdirir: “ABŞ-ın canlı qüvvə ilə genişmiqyaslı müdaxiləyə getməsi ehtimalı az olsa da, raket zərbələri ilə dəqiq hədəflərin vurulması ssenarisi istisna edilmir.ABŞ-ın regionda hərbi mövcudluğunu artırması həm də öz hərbi bazalarına və İsrailə mümkün hücumların qarşısını almağa yönəlmiş təhlükəsizlik tədbiri kimi dəyərləndirilə bilər. Bununla belə, İrana qarşı hərbi hücum riski hələ də qalmaqdadır”.
Günel Elxan
17:29
455
17:11
644
16:09
791