17:08
714
Avropa İttifaqı Qrenlandiyaya görə ABŞ-la “mübarizə başlatmaq” niyyətində deyil, lakin öz mövqelərini qoruyacaq və bunun üçün alətlərə malikdir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında Qrenlandiya və transatlantik münasibətlərə həsr olunmuş dinləmələrdə çıxışı zamanı bildirib.
“Avropa İttifaqı mübarizə başlatmaq niyyətində deyil, amma öz mövqelərini müdafiə edəcək. Avropanın maraqlarını qorumaq üçün alətləri var”, – deyə o vurğulayıb və əlavə edib ki, birbaşa təhdidlər “Danimarkanı Qrenlandiyanı verməyə məcbur etməyəcək, əksinə həm ABŞ-ı, həm də Avropanı daha da kasıb edəcək.”
Məryəm Quliyeva