"Üçtərəfli müdafiə sazişi regional təhlükəsizlik və sabitliyi gücləndirəcək" Dünya

"Üçtərəfli müdafiə sazişi regional təhlükəsizlik və sabitliyi gücləndirəcək"

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təklif olunan üçtərəfli müdafiə sazişi regional təhlükəsizlik və sabitliyi gücləndirmək potensialına malikdir.

Bunu xalqcebhesi.az-a Pakistanın tanınmış ictimai-siyasi xadimi, jurnalist Tazen Akhtar deyib.

Onun sözlərinə görə, lakin onun uğuru üç ölkənin birlikdə səmərəli işləmək və Yaxın Şərqdəki mürəkkəb təhlükəsizlik dinamikasını idarə etmək qabiliyyətindən asılı olacaq.

Xatırladaq ki, Türkiyənin Səudiyyə Ərəbistanı-Pakistan Strateji Qarşılıqlı Müdafiə Sazişinə (2025-ci ilin sentyabrında imzalanıb) qoşulmaq üçün danışıqlar apardığını bildirir.

Bu sazişə NATO-nun 5-ci maddəsinə bənzər kollektiv müdafiə bəndi daxildir: "üzvlərdən birinə hücum bütün üzvlərə hücum hesab olunur".

Qərb mediası Ankara ilə razılaşmanın reallaşma ehtimalının yüksək olduğunu vurğulayır.

Cavid