Üçüncü tərəf, yoxsa birbaşa etimad?
5 Avqust 23:47
5 Avqust 23:47
5 Avqust 23:43
5 Avqust 16:20
Husilər Səudiyyə Ərəbistanına məxsus neft tankerinə zərbə endirdiklərini iddia ediblər
ABŞ Meksika narkokartelinin rəhbərləri barədə məlumata görə 102 milyon dollar mükafat vəd edir
Rusiya Sumıya KAB-larla zərbə endirib, yaşayış binaları və ticarət mərkəzi zədələnib
Rütte: NATO Ukrayna üçün təcili hava hücumundan müdafiə vasitələri axtarır
22 Yanvar 14:48
2 590
Nigeriya ordusu ölkənin şimal-şərqində aparılan terrorla mübarizə əməliyyatları çərçivəsində 16 mindən çox terrorçunun təslim olduğunu açıqlayıb.
Xalqcebhesi.az-ın məlumatına görə, Nigeriyada terror təşkilatlarına qarşı həyata keçirilən “Hadin Kai Əməliyyatı”nın komandanı Abdulsalam Abubakar bildirib ki, koordinasiyalı hərbi əməliyyatlar bölgədə təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırıb.
Abubakarın sözlərinə görə, şimal-şərqdə aparılan antiterror əməliyyatları nəticəsində 16 mindən çox terrorçu təslim olub, çox sayda qruplaşma başçısı zərərsizləşdirilib.
O qeyd edib ki, təhlükəsizliyin artması ilə mülki əhali yenidən yaşayış məntəqələrinə qayıdır və iqtisadi fəaliyyət canlanır. “İnsanların ata-baba torpaqlarına dönməsi uğurun real göstəricisidir”, – deyə Abubakar vurğulayıb.
Komandan həmçinin bildirib ki, humanitar yardım, əkin sahələrinin qorunması və su yollarının təmizlənməsi əhalinin dolanışıq mənbələrinin bərpasında mühüm rol oynayır.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də Lakurawa, Boko Haram və ISWAP terror qruplaşmalarının hücumları ilə üzləşir.
Məryəm Quliyeva