İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
26 Yanvar 11:54
1 890
ABŞ və İsrail danışıqlar zamanı radikal fələstin hərəkatı HƏMAS-ın tərksilah edilməsi, son israilli girovun cəsədinin geri qaytarılması, həmçinin Qəzza zolağı üzrə Sülh Şurasının fəaliyyətə başlaması məsələlərində irəliləyiş əldə ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi bildirib.
“Səfərlər dostluq şəraitində keçdi və məhsuldar oldu. Sülh Şurası, HƏMAS-ın tərksilahı və son girovun qaytarılması məsələlərində irəliləyiş əldə olundu”, – deyə Hakkabi "X" sosial şəbəkəsində yazıb.
Səfir əlavə edib ki, ABŞ nümayəndə heyətinin İsrail rəhbərliyi ilə keçirdiyi bütün son görüşlərdə şəxsən iştirak edib.
Məryəm Quliyeva