İran: Ordu ABŞ qoşunlarının Yaxın Şərqdəki hərəkətlərini diqqətlə izləyir Dünya

İran: Ordu ABŞ qoşunlarının Yaxın Şərqdəki hərəkətlərini diqqətlə izləyir

İran ordusunun hərbçiləri ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini diqqətlə izləyir və ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün zəruri tədbirlər görür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Esmail Baqai ABŞ Prezidenti Donald Trampın bölgəyə çoxlu Amerika gəmilərinin göndərilməsi ilə bağlı sözlərini şərh edərkən bildirib.

“Bölgəyə hansısa bir gəminin göndərilməsi İranın öz suverenliyini qorumaq əzmi və qətiyyətinə heç bir şəkildə təsir göstərməyəcək. Buna görə də İran İslam Respublikasının Silahlı Qüvvələri bütün hərəkətləri diqqətlə izləyir və eyni zamanda ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək, milli suverenliyi və ləyaqəti qorumaq üçün bir an belə itirmir”, – deyə Baqai həftəlik mətbuat konfransında vurğulayıb.

Məryəm Quliyeva