Nigeriyanın şimalında terror hücumu: 20-dən çox ölü Dünya

Nigeriyanın şimalında terror hücumu: 20-dən çox ölü

Nigeriyanın şimalındakı Katsina ştatında terrorçu qrupunun Doma kəndinə hücumu nəticəsində ən azı 20 dinc sakin həyatını itirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Arise News" kanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat verib.

Hələlik, dəqiq sayı müəyyən edilməyən bir sıra yerli sakinlər müxtəlif dərəcəli xəsarətlər alıb, 100-dən çox sakin isə evlərini tərk edərək yaxınlıqdakı meşəyə sığınıb.

Bir gün əvvəl Makama portalı məlumat verib ki, Nigeriya Hərbi Hava Qüvvələri Faskari bölgəsində, Doma kəndini də əhatə edən terrorçu bazalarına hava zərbəsi endirib. Nəticədə 27 döyüşçü məhv edilib. Hava zərbəsi antiterror əməliyyatı çərçivəsində həyata keçirilib.

Əməliyyat “Boko Haram” terror təşkilatına qarşı mübarizə məqsədilə aparılır.

Məryəm Quliyeva