11:30
1 141
Çin hakimiyyəti ABŞ-ı Rusiya ilə strateji dialoqa və Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinin (DSHV) qüvvədən düşməsindən sonra vəziyyəti müzakirə etməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Czyan bildirib.
“Çin ABŞ-ı Rusiya ilə strateji sabitlik dialoqunu bərpa etməyə və DSHV-nin müddəti başa çatdıqdan sonra növbəti addımları müzakirə etməyə çağırır. Bu, həmçinin beynəlxalq ictimaiyyətin ümumi gözləntilərinə uyğundur”, – deyə o, brifinqdə vurğulayıb.
Məryəm Quliyeva