Fidan: ABŞ-ın İrana tələbləri müharibə riski yaradır Gündəm

Fidan: ABŞ-ın İrana tələbləri müharibə riski yaradır

ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəli sürdüyü həddən artıq tələblər prosesin pozulmasına və Yaxın Şərqdə münaqişənin yenidən alovlanmasına səbəb ola bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

O, Financial Times qəzetinə müsahibəsində qeyd edib ki, əgər Vaşinqton “bütün məsələlərin eyni vaxtda həllində israr etsə”, xüsusilə də Tehranın raket proqramının inkişafından və Yaxın Şərqdəki müttəfiqlərinə dəstəkdən imtina etməsini tələb etsə, “hətta nüvə proqramı üzrə razılaşma da irəliləməyəcək və nəticədə bölgədə növbəti müharibə baş verə bilər”.

Məryəm Quliyeva